Türkiyə müxalifəti Konstitusiya dəyişikliyi ilə bağlı təkliflərini  sabah elan edəcək


Türkiyənin 6 müxalifət partiyasının Gücləndirilmiş Parlament Sistemi ilə bağlı konstitusiya dəyişikliyi təklifi tamamlanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, liderlərin iştirakı ilə keçiriləcək iclasda təkliflər ictimaiyyətə açıqlanacaq.
Bəyanatda parlament sisteminə keçidin necə baş tutacağı və bunun nə qədər vaxt aparacağı ilə bağlı məlumatlar yer alacaq.

Daha sonra gücləndirilmiş parlament sistemi üçün konstitusiyanın hansı maddələrində və nə üçün dəyişdiriləcəyi izah ediləcək. 

Prezidentin səlahiyyətləri, hökumətin formalaşdırılması və devrilməsi, konstitusiya təsisatları, məhkəmə sistemi, əsas hüquq və azadlıqlarla bağlı dəyişikliklər planlaşdırılır.

Sənəddə Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılacağı, lakin onun xalq tərəfindən seçilməsi müddəasının dəyişdirilməyəcəyi nəzərdə tutulur.


Turan