"2020-ci il bəyanatının 3-cü maddəsində Qarabağda rusiyalı hərbçilərin sayı dəqiq göstərilib: 1960 nəfər. Ancaq biz bu saya heç zaman inanmadıq, sayın artdığına dair şübhələrimiz var".
Bu fikirləri politoloq Elxan Şahinoğlu Qarabağdakı sülhməramlılarının sayına münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki,
bu arada, erməni separatçılarının nümayəndələrindən biri – “xarici işlər naziri” vəzifəsini icra edən David Babayan Ermənistanla Qarabağı birləşdirən yolda davam edən etiraza şərh verərkən rusiyalı hərbçilərinin sayının artırılması “vacibliyini” bu şəkildə izah edib: “Rusiya hərbçilərinin sayı 1980 nəfərdir, bu azdır, erməniləri qorumaq üçün sayın artırılmasını tələb edirik”.
1980 rəqəmi hardan peyda olub? Bu rəsmi rəqəmdən 20 nəfər çoxdur. Erməni separatçısının qəsdən yaydığı rəqəm dezinformasiya da ola bilər, həqiqəti əks etdirməsi də mümkündür. Rusiya hərbi kontingentinin komandanlığının bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Əlbəttə, Andrey Volkovun günlərdir yoxa çıxdığı kimi saya da aydınlıq gətirməsi ehtimalı azdır. Ancaq bizdən tələb olunan 1980 rəqəminin necə peyda olduğunu müəyyənləşdirməkdir, bu üçtərəfli bəyanata ziddir".