"Liderlərin gündəmində əsas müzakirə mövzusu Rusiya ilə Ukrayna arasında sülhün imzalanması olacaq"
Bunu "Sherg.az"a açıqlmasında türkiyəli politoloq Abdullah Ağar Ərdoğanla Putinin telefon danışığını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ərdoğanın Putinlə danışdıqdan sonra Zelenski ilə də danışacağı gözlənilir:
"Həm rəsmi Kiyev, həm də Moskva Ankaraya güvənirlər. Bu baxımdan da Rusiya və Ukrayna arasındakı müharibənin həlli məsələsi Türkiyə ilə müzakirə edilir. Çünki rəsmi Ankara ən çox etimad olunan vasitəçidir. Digər tərəfdən ortada müharibənin səbəb olduğu bir sıra məsələlər var.
Bunların içərisində isə ən vacibi Suriya problemidir. Məsələ ilə bağlı Türkiyə müdafiə nazirinin və MİT sədrinin rusiyalı həmkarları ilə görüşləri olub. Çox güman ki, bu yenidən müzakirə olunmağa başlanılıb.
Üçüncü müzakirə mövzusu isə Cənubi Qafqaz problemidir. Azərbaycanın həm Zəngəzur, həm də Laçın yolu ilə bağlı məsələləri var.
Zənnimcə, Putinlə Ərdoğan arasında bu da müzakirə olunub. Dördüncü vacib hadisə isə Serbiya və Kosova arasındakı gərginlikdir. Bütün bunların əsas müzakirə mövzusu olacağını düşünürəm".