Rusiyanın “Vardanyan planı” fiaskoya uğradı! – Bölgədən niyə qaçdı? – ŞƏRH 

"Vardanyanı bölgəyə ruslar gətirmişdi onlar da qaçırdır". 
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Vardanyanın qaçmasından danışarkən deyib.
O bildirib ki, biz bu qaçışı yeni təlimatlar alaraq geriyə qayıtma kimi də izah edə bilərik:

"Azərbaycan nöqteyi-nəzərindən Vardanyan elə də önəmli fiqur deyil. Onun üzərindən Azərbaycana qurulan oyunlar var. Yəni bu gün o və əyləşdiyi bürokratik aparat oyuncaqdır.  Əslində Vardanyan və onun kimilərin fəaliyyəti rəsmi Bakı üçün bölgədə əməliyyat presidenti  yaradırdı. 

Ümumiyyətlə, özünü hansısa dövlətin “super nazir”i hesab edən birinin  qorxaqcasına qaçması rəzalətdir. Bizim nöqteyi-nəzərdən maraqlı məqam isə, Vardanyanı bu vəziyyətə salan səbəbin, onunun fəaliyyətini məhdudlaşdıran proseslərin başlamasıdır. Yəni O Laçın-Şuşa yolundakı ekoloqların etiraz aksiyası nəticəsində belə bir vəziyyətə düşdü.

Ekspertin sözlərinə görə ilk növbədə nəticələr haqqında danışmalıyıq:

"İndilik Rusiyanın Vardanyan planı uğursuzluğa düçar oldu. Azərbaycanın yumşaq güc strategiyası öz təsirini göstərdi. Bu, Azərbaycanın digər addımlar reallaşdırması üçün əlavə təsir mexanizmləri formalaşdırdı. 

Həmçinin Rusiya sülhməramlıları ilə bağlı yekun qərar verməyə dair abu-havanı tənzimlədi. Nəhayət bölgə üzərindəki nəzarətimizi gücləndirdi.  Araik Artunyan Vardanyanla müqayisədə zəif  fiqur idi. 

Əgər biz vəziyyəti Artunyan üzərindən dəyərləndirsək, separatçıların başsız qaldığını deyə bilərik. Yəni bu saat onnarın zəif vəziyyətdə olduqlarını deyə bilərik".