Lalə Şövkət siyasətə qayıdır? – “...Müzakirə oluna bilər”

"Siyasətdə elə adamlar var ki, onların bir sözü ilə ictimai rəyi ən azı 60 faiz dəyişmək mümküdür. Lalə Şövkətin partiyası zəifdir, amma özü lider tipidir”.

Bu sözləri politoloq Azər Rəşidoğlu öz "Facebook" hesabında yazıb.O qeyd edib ki,L.Şövkətin nüfuzu kiçik deyil:
“İnanmıram ki, bu ranqda olan siyasətçi təqaüdçü taleyi ilə barışıb. Lalə xanım danışmalıdır. Onun barəsində deyilən "Rusiyanın adamı" şübhəsinə də partiyası deyil, özü aydınlıq gətirməlidir. Jurnalistlərdən qaçmaq çıxış yolu deyiıl. 20 yanvar, Gəncə qiyamı, OMON məsələsi və digər proseslərlə bağlı ən çox məlumata malik bir siyasi xadimdir. Məncə, Lalə xanım sona qədər susmayacaq! Şəxsən mən onun siyasətə qayıdışını təqdir edərdim".

Politoloqun fikirlərindən yola çıxaraq Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor Lalə  Şövkətlə əlaqə saxlamağa çalışdıq, zənglərimizə  cavab verilmədi.  Lakin cəhdlərimiz nəticəsiz qaldı. 

"Sherg.az" olaraq Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla danışdıq.

O bildirdi ki, Lalə Şövkətin və Azərbaycan xalqının istədiyi eyni şeydir:
"O keçən seçkilərdə və gələn parlament seçkilərində namizədliyinin irəli sürülməsinə icazə vermədi.  Amma dediyiniz məsələnin müzakirəsinə yalnız Azərbaycanda proporsional seçki sistemin bərba olunacağı və ölkənin parlament respublikasına çevriləcəyi təqdirdə qayıtmaq olar. Yəni siyasətə qayıdıb-qatıtmaması yalnız o zaman müzakirə oluna bilər. Mən bundan artıq heç nə deyə bilmərəm".