Qəhrəman it Dora 2 uşağı xilas edib

Kahramanmaraşda baş verən zəlzələlərin böyük dağıntılara səbəb olduğu Hatayda maraqlı hadisə yaşanıb.
Özçelik ailəsinə məxsus Dora adlı Dogo Argentino cinsli it zəlzələdən saniyələr əvvəl sahiblərini xəbərdar etmək üçün hürməyə başlasa da, ailə üzvləri bunun qeyri-adi bir vəziyyət olmadığını düşünərək əhəmiyyət verməyib.
  Saat 04:17 radələrində yaşadıqları ev şiddətlə titrəməyə başlayanda iki yaşlı it evin iki uşağı Çınar və Mehmet Özçeliki yerə yıxaraq onların üzərinə uzanıb. Böyük sədaqət nümayiş etdirən Dora, titrəmə bitənə qədər uşaqların yanında qalıb.
  Həmin anları izah edən itin sahibi Arda Özçelik Doranın zəlzələ zamanı binanı tərk edəcəyini düşündüyünü, lakin bunu etmədiyini və əksinə, sarsıntı bitənə qədər qardaşlarını qoruduğunu bildirib. “Dora”nın dayaq olduğu uşaqlardan biri Çınar Özçelik bu qəhrəmanlıqdan sonra onu daha çox sevdiyini bildirib.
  Doranın həyatlarını xilas etdiyini ifadə edən Arda Özçelik, Dora əvvəlcə qışqıraraq bizi xəbərdar etdi. Zəlzələ başlayanda ailəm üçün içəri girdim. Qardaşlarımı qapıya gətirdim. Sonra arxaya dönüb Doranı otağından buraxdım. Düşündüm ki, binadan çıxacaq, amma Dora çıxmadı, qardaşlarımı yerə yıxıb onların üzərinə uzandı. Anam və nənəm bir otaqda qaldılar. Mən onları çıxarmaq üçün mübarizə aparırdım. Geri dönəndə qardaşlarım hələ yerdə, Dora isə onların üstündə idi. İki ildir itlə bir yerdəyik və saysız-hesabsız sədaqətini görmüşəm. Bununla belə, itimə daha da bağlandım. Dora bir növ həyatımızı xilas etdi”, - deyir.
  Özçelik ailəsi fevralın 6-da baş verən güclü zəlzələdən sonra Kocaeli Bələdiyyəsinin Defne rayonunda yaratdığı çadır şəhərciyində məskunlaşıb. Çadır şəhərciyində Doranın uşaqlar tərəfindən sevildiyi və onu görmək istəyənlərin Özçelik ailəsinin çadırına tez-tez baş çəkdiyi bildirilir.

Turan