Bəzi eksertlərin proqnozlarına görə Avropa Parlamenti (AP) yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib.
Hadisənin təəssüfedici olduğunu vurğulayan millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az" söyləyib ki, təkcə AP-nin içinə qatılmış erməni lobbisi yox, Fransız lobbisi də bizə qarşı çalışır:
"AP-nin bizə qarşı “təşəbbüsləri” və qətnamələri də məhz ondan qaynaqlanır. Qəbul edilən qətnamələr isə Avropa Parlamentinə xeyirdən çox zərər gətirəcək. Bu sənəd şəxsi qəsd-qərəzlikdən irəli gəlir. Hətta Avropa Parlamentinin məruzəçisi məktub yazmışdı və biz ona cavab verdik. Həmçinin biz belə qətnamələrin qəbulundan çəkinmirik və öz sözümüzü deməyə davam edəcəyik. Lakin təəssüfləndiyimiz məqam odur ki, Avropa Parlamentinin içində obyektivlikdən uzaq insanların bizə qarşı qətnamə qəbul etdirməyə güclərə çatır. Bu Avropa Parlamentinin imicinə zərbə vurur. Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir, bu məhz ona yönəldilmiş məsələdir”.
Parlamentari qeyd edib ki, bəzi dairələr Avropa Birliyi çərçivəsində problem yarada bilmir, buna görə də Avropa Parlamentini alətə çevirərək, Azərbaycana qarşı təzyiqlər göstərirlər ki, qaz və enerji layihələri həyata keçməsin:
“Bu cür qətnamələr isə Avropa məkanında ciddi şəkildə qəbul edilmir. Bu cür qərəzli və reallığı əks etdirməyən məsələlərə baxmayaraq Qarabağda apardığımız siyasəti və digər işlərimizi davam etdirəcəyik. Yəni Azərbaycanın siyasətinə təsir göstərmək cəhdləri nəticə verməyəcək. Hətta bu gün Azərbaycan Respublikasının Prezident Adminstrasiyaası Qarabağ ermənilərini reintqerasiya ilə bağlı kontaktların davam etdirilməsi üçün Bakıya dəvət edib. Birinci görüşdən sonra belə bir dəvətin olması Azərbaycan tərəfinin sülhü yaratmaqdakı israrının nümünəsidir. Bu siyasətin qarşısını almağa hesablanmış qətnamələr isə qəbul edilsə də, keçməyəcək”.