"Hadisə Türkiyənin layihəsi yox, Kılıçdaroğlu siyasi yoludur".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli CHP-nin rəhbəri Kamal Kılıçdaroğlunun tarixi İpək yolu ilə bağlı çıxışından danışarkən deyib.
O bildirib ki, çox təəssüf ki, bu adam Türkiyə siyasətində iqtidarın alternatividir:
"Azərbaycan məsələsi hər zaman qardaş Türkiyənin qırmızı xətti olub. Kılıçdaroğlunun öz xəritəsində Azərbaycanı görməməsi ona ziyandır. Çünki Azərbaycan Türk dünyasının mayakıdır. Əgər bu mayaka doğru gəlməsən, türk dünyasının gəmisini aparıb qayalığa çırparaq, batıracaqsan. Mən hesab edirəm ki, onun belə bir arqument üzərindən çıxış etməsi, birbaşa olaraq İran və Ermənistanın maraqlarının müdafiəsi anlamını daşıyır. Bu türk dünyasına vurulmuş böyük ölçüdə bir zərbədir. Türk xalqı isə bu xəyanətin və məzhəkənin iştirakçısı olmayacaq. Ümumiyyətlə Azərbaycan məsələsi bu nüanslara görə, Türkiyə şeçkilərində həlledici faktor olacaq".
Qeyd edək ki, Türkiyənin CHP lideri Kamal Kılıçdaroğlu tarixi İpək yolu ilə bağlı səsləndirdiyi açıqlama ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Buna səbəb Kamal Kılıçdaroğlunun məntiqdən uzaq açıqlamasında Azərbaycanıntarixi İpək yolundan kənardan saxlanılması, ölkəmizin adının ümumiyyətlə çəkilməməsidir. Çindən başlayan, Mərkəzi Asiya dövlətlərindən Azərbaycana, ölkəmizdən isə Türkiyə vasitəsilə Avropaya uzanan İpək yolunun marşurutunu “dəyişən” Kılıçdaroğlu, bu yolun Azərbaycandan deyil, İrandan keçməsini daha məqsədəuyğun və məntiqli hesab edir.