Ermənistan Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya səfər edəcəyi barəsində məlumat yayıb.
Məlumatda qey edilib ki, erməni baş nazir mayın 9-da Qələbə Günü şərəfinə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfərin gizlinlərini "Sherg.az"a açan politoloq Samir Hümbətov bildirib ki, Vaşinqtonda keçirilən görüşdən sonra, Rusiya XİN-nin sözçüsü Zaxarova Moskvada da təmasların olacağı ilə bağlı açıqlama verdi:
"Mayın 14 isə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqının 5 raundunun keçirilməsi gözlənilir. Putinin Paşinyanı Moskvaya dəvət etməsinin arxasında dayanan əsas səbəblər də bunlardır. Yəni Rusiya prezidenti mesaj ötürür. Çünki qələbə paradında Özbəkistan prezidentindən başqa liderlərin iştirakı gözlənilmirdi".
Analitik əlavə edib ki, Putin Paşinyanı dəvət etməklə Ermənistanın da onun yanında olduğunu çatdırır:
"Lakin hər kəs Ermənistan baş nazirinin mövqeyini və Kremllə hansı münasibətdə olduğunu yaxşı bilir. Ümumiyyətlə Rusiya prezidentinin 14 mayda Brüsseldə baş tutacaq görüşdən öncə Paşinyana təlimat verəcəyini və ona basqı edəcəyini düşünürəm.
Həmçinin bu dəvətin Vaşinqton təməslarında müzakirə olunan məsələlərin təfsilatını öyrənmə də hesablanma ehtimalı var. Digər tərəfdən görünür ki, rəsmi Moskva bölgə ilə bağlı strategiyasında müəyyən dəyişikliklər etməyi planlaşdırır.
Ona görə də Ermənistandan müəyyən addımlar gözləyir. Paşinyanın Rusiya səfərini bütün bunların konteksində dəyərləndirmək olar".