"Ölkə müxalifəti dövlətin maraqlarına xələl gətirmək üçün hər şeyi edir və Gürcüstanı sanksiyalar rejiminə çevirmək üçün çalışırlar".
24News.ge xəbər verir ki, bu sözləri “Xalqın Gücü” partiyasının liderlərindən olan Sozar Subar deyib.
O bildirib ki, müxalifət Gürcüstanın payızda namizəd statusu ala bilmədiyi təqdirdə ölkədə xaos yaratmaq istəyir:
“Biz eyni anda iki dünyada yaşayırıq - qavrayışlar və faktlar dünyası. Faktlar aləmi ABŞ Dövlət Departamentinin hesabatında yazılanlardan ibarətdir ki, Gürcüstan dünyanın ən yaxşı investisiya mühitindən birinə malikdir, Gürcüstan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara 100% əməl edir və sanksiyalardan yayınma halı ilə bağlı heç bir sənəd yoxdur.
Digər tərəfdən, müxalifət dövlətin maraqlarına xələl gətirmək üçün, Gürcüstanı sanksiyalar rejiminə çevirmək üçün hər şey edir. Bu, Gürcüstanın milli maraqlarına düşmənçilikdir və bunun məqsədi təkcə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək, bununla da iqtisadi ziyan vurmaq, insanları yoxsullaşdırmaq, sonra isə öz inqilabi ssenarilərini həyata keçirməyə imkan vermək deyil. Əsl məqsəd Gürcüstan üçün Avropa İttifaqı qapılarını bağlamaqdır. Müxalifətin məqsədi Aİ üzvlüyünə namizəd statusunu ala bilməməkdir və bu qapı bağlansa, payızda Gürcüstanda xaosa, inqilaba səbəb olacaqlar", - deyə Sozar Subari vurğulayıb.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev söyləyib ki, burada ikili yanaşma mövcuddur:
"Birincisi, Gürcüstan hakimiyyətini böyük ehtimalla bilir ki, payızda Avropa İttifaqı ilə bağlı onlara rədd cavabı veriləcək. Yəni rəsmi Tbilisiyə namizədlik statusu verilməyəcək və o Qərb dəyərlərindən uzaqlaşmaqda, Rusiyaya yaxın qanunlar qəbul etməkdə, insanların haqlarının azaldılmasında ittiham olunacaq. Ona görə hakimiyyət düşünür ki, bununla bağlı nə etmək olar. İlk addım isə müxalifəti günahlandırmaqdır. Yəni onlar açıq şəkildə göstərmək istəyir ki, ABŞ Dövlət departamenti bizi azad investisiyalı ərazi sayır, Rusiyaya qarşı sanksiyaları dəlmədiyimizi bildirir və məhz müxalifətin iddialarına görə Gürcüstan Avropa İttifaqında namizəd ölkə statusu ala bilmədyəcək. Eyni zamanda bu müxalifəti iğtişaşlar yaratmaq, ölkədə aksiyalar keçirməkdə ittiham edərək, onların üzərində qurulan təzyiqin leqallaşdırılması da ola bilər. Yəni müxalifətə qarşı olunacaq həbs və represiyalara zəmin hazırlanır".
Analitikin sözlərinə görə, İkinci tərəfindən hökumətin əlində məlumat ola bilər ki, Avropa dövlətləri və Qərb payızda gürcü müxtəlifətini dəstəkləyəcəklər:
"Çünki artıq Qərbdən tez-tez Gürcüstan hökuməti ilə bağlı narazılıq eşidilir. Ona görə də, hakimiyyət düşünür ki, Qərb yaranmış vəziyyətdən istifadə edərək Gürcüstanda müxalifətə dəstək verəcək və Ukraynaya bənzər ssenarilər hazırlanıb. Xatırlayırsınızsa Ukraynadakı son hadisələr də məhz prezident Yankoviçin Avropa İttifaqına yox deməsindən sonrakı tələbə üsyanları ilə başladı. Bu səbəblə də, indidən həm etiraz aksiyalarına qarşı tədbir alır, həm də Qərb və Müxalifətə planlarından xəbərdar olması ilə bağlı siqnal göndərilir. Eyni zamanda da ölkədə baş verə biləcək aksiyaların məsuliyyətini müxalifət və onu dəstəkləyən Avropadakı bəzi qüvvələrin üzərinə atılır".