Ukraynadan “Taxıl sazişi” açıqlaması

Putini yalnız Ərdoğan yola gətirə bilər

  Ukrayna xarici işlər naziri Dmitro Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putini yola gətirə biləcək yeganə lider adlandırıb.
  “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Ukrayna dövlət agentliyi “Ukrinform”a açıqlama verən D.Kuleba Qaradəniz Taxıl Dəhlizi Anlaşmasının davamı üçün R.T.Ərdoğanın yenə də dövrəyə daxil olmasının vacibliyini vurğulayıb. D.Kuleba “Ukrayna Putinin “Taxıl sazişi”nin müddətini uzatması üçün Rəcəb Tayyib Ərdoğanla mütəmadi təmasdadır. Bu, üç tərəfi də qane edəcək sazişdir. Ərdoğansa Putini yola gətirə biləcək tək liderdir”, söyləyib. Xatırladaq ki, dövlətlər arasında imzalanmış “Taxıl sazişi”nin müddəti 17 iyul tarixində bitib. Hazırda Rusiyanın sazişlə bağlı növbəti addımının nə olacağı gözlənilir. Dünya bazarında taxılın, ərzaqlıq buğdanın və ümumiyyətlə, qida məhsulları qıtlığı və qiymət artımı bu sazişin davam edib-etməməsindən çox asılı olacaq.