Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyib.
Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
“İslamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir.
Qərbi Azərbaycan İcması Fransa şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırır”, - bəyanatda vurğulanıb.
ABŞ-nin uzaqda yerləşməsinin dezavantaj olduğunu söyləyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Rusiya və Fransanı yeni dünyanın müsahibələri hesab etmək olar:
"İndi Almaniya ilə Yaponiyanın silahlandırılması da Rusiya və Çinin Sakit okeanda cəzalandırılması siyasətinin nəticəsidir. Həmçinin bura Cənubi Koreyanı də əlavə etmək olar. Gedişat isə onu göstərir ki, iki ciddi blok arasında qarşıdurma sürətlənir. Belə görünür ki, Afrika boş ərazi olduğundan Fransanın Baltikyanı ərazilərdən qovulması prosesi gedir. Bu mənada Maldivdən tutmuş Seneqala qədər Rusiyanın populyarlaşması artıq onu göstərir ki, Cənubi Qafqazda davam edən münaqişəli vəziyyət Fransanın regiona gəlməsini şərtləndirib. Yəni bütün proseslər bunun üzərində qurulub. Ümumiyyətlə rəsmi Paris Bakını heç vaxt müttəfiq kimi görməyib. Hətta Azərbaycanın ərazi bütövlüyü və ümumi maraqlarına qarşı ziddiyyətli bəyanatlar verir. Bunun əsas səbəbi isə Fransada olan ikiüzlü erməni lobbisinin siyasətinin nəticəsidir".