Putin: Əgər Rusiya ilə döyüşmək istəsələr, bu, tamam başqa müharibə olacaq

Rusiya prezidenti Vladimir Putin “Rossiya” dövlət kanalında Rusiya-Ukrayna müharibəsi və Rusiya-Çin münasibətləri ilə bağlı qiymətləndirmələr edib.

Sherg.az xəbər verir ki, Ukraynanın "əks-hücum"undan danışan Putin, "Dayanmış əks-hücum tamamilə uğursuz oldu. Biz bilirik ki, bəzi münaqişə bölgələrində qarşı tərəf hələ də aktiv hücum əməliyyatları hazırlayır. Biz bunu görürük və buna uyğun reaksiya veririk". deyib.

Hazırda təmas xəttində baş verənlərin “aktiv müdafiə” adlandırıldığını vurğulayan Putin Rusiya hərbi birləşmələrinin bütün bu ərazidə mövqelərini yaxşılaşdırdıqlarını bəyan edib. Bu ərazinin kifayət qədər geniş olduğuna diqqət çəkən Putin bunun Kupyansk, Zaporojya və Avdeyevka üçün də keçərli olduğunu qeyd edib.

Rusiya və Çinin yenidən hərbi blok yaratması iddiası ilə bağlı açıqlamalar verən Putin Qərbin davamlı olaraq “Ox” (Dövlətlər) yaratdığını bildirib. Putin, "Biz dəfələrlə demişik. Biz belə bir hərbi və siyasi ittifaqda birləşmirik. Amerikalılar bunu edir. Üstəlik, müttəfiqlərini Rusiya və Çinlə münasibətlərini pisləşdirməyə məcbur edirlər" deyib. 

Çinin Qərblə mübarizəyə başlamadığını və ABŞ-ın bu yolu seçərək Avropanı ora çəkdiyini vurğulayan Putin, Avropanın Çinlə döyüşmək istəmədiyini və aralarındakı ticarət həcminin durmadan artdığını bildirib.

Putin qeyd edib ki, onlar deyil, Qərb dövlətləri daim AUKUS kimi hərbi və siyasi bloklar yaradırlar.


ABŞ Konqresində Vaşinqton və onun müttəfiqlərinin həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə münaqişəsi variantını nəzərdən keçirməyə hazırlaşmaq təklifini şərh edən Putin deyib:

"Hesab etmirəm ki, bunlar sağlam insanların beyninə gələn sağlam fikirlərdir. Yəni ABŞ Rusiya ilə müharibəyə hazırlaşır demək... Biz hamımız məşhur qədim prinsipə - "sülh istəyirsənsə, müharibəyə hazırlaş" əməl etdiyimiz üçün müharibəyə hazırlaşırıq.  Amma biz ondan başlayırıq ki, biz sülh istəyirik. Amma Rusiya ilə döyüşmək istəsələr, bu, tamam başqa müharibə olacaq, bu, xüsusi hərbi əməliyyat olmayacaq". 

Həm Rusiya, həm də Çinlə müharibə ehtimalını “cəfəngiyyat” kimi xarakterizə edən Putin bütün bunların ciddi olduğunu düşünmədiyini və kimisə qorxutmaq üçün gündəmə gətirildiyini əlavə edib.