Dörd saatlıq görüşdən sonra böhran! Bayden onu diktator adlandırdı

ABŞ prezidenti Co Bayden Çin lideri ilə görüşünün məhsuldar keçdiyini bildirsə də, jurnalistlərə Vaşinqton və Pekin arasında gərginliyi artıracaq açıqlama verib.

Sherg.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Çin dövlət başçısı Si Cinpinlə  dünən ABŞ-da görüşüb. Təxminən 4 saat davam edən görüşdə liderlər iki ölkə münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya və İsrail-Fələstin gündəmlərini müzakirə ediblər. Bayden açıqlamalarında "Bu, keçirdiyimiz ən məhsuldar görüş idi" desə də , o, tezliklə super güclər arasında böhran yarada biləcək bir açıqlama verib.

 
Bayden jurnalistlərə deyib ki, Si Cinpin ilə danışıqlarında Ukrayna və Qəzza kimi “qlobal məsələlər” də ön plana çıxıb. 
Jurnalist soruşub: "Siz hələ də Si Cinpini diktator kimi təsvir edirsiniz?".

 Bayden suala belə cavab verib:

"Baxın, o, bizdən tamamilə fərqli bir idarəetmə formasına əsaslanan kommunist ölkəsini idarə etməsi mənasında bir diktatordur."