Nazir müavini: Azərbaycan-Latviya münasibətləri strateji əhəmiyyət daşıyır

Gələn il Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Latviya Respublikasının elan olunmasının 105-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səsləndirib.

Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən nazir müavini ölkələrimizin müstəqilliklərini bərpa etdikdən sonrakı dövrdə bir-birini hər zaman dəstəklədiklərini vurğulayıb.

O, qarşılıqlı rəsmi səfərlərin, təmasların, imzalanan sənədlərin əlaqələrimizin inkişafında rolunu qeyd edib: "Əminik ki, dövlətlərimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Latviya münasibətləri bundan sonra da eyni müsbət müstəvidə davam etdiriləcək.