Məhərrəm İncə CHP-yə qayıdacaqmı?  - AÇIQLADI

CHP sədri Özgür Özəl partiyasının ilk qrup toplantısında CHP-dən ayrılanlara "evlərinə dön" çağırışı edib.

Sherg.az xəbər verir ki, Özəlin çağırışındən sonra bütün gözlər Vətən Partiyasının sədri Məhərrəm İncəyə çevrilib.

“Sözcü” qəzetinə danışan İncə geri dönüş iddiaları ilə bağlı bunları deyib: “Mənim nə CHP-yə üzv olmaq fikrim var, nə də belə bir təklif. Mən Vətən Partiyasının sədriyəm. Vətən Partiyası olaraq seçkiyə tək girəcəkmiş kimi qərarımızı verəcəyik" .


“Yerli seçkilərdə ittifaqla hərəkət edərsinizmi" sualını cavablandıran İncə, "Seçkilərə tək girəcəyik. Amma "prinsipial ittifaqlara" açığıq" deyə bildirib.