Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl sabiq başqan Kamal Kılıçdaroğlunu ofisində ziyarət edib.
Sherg.az xəbər verir ki, görüş Türkiyə vaxtı ilə bu gün saat 10.30-da Kılıçdaroğlunun Ankaradakı ofisində baş tutub.
Özgür Özəlin istəyi ilə baş tutan görüş "nəzakət ziyarəti" kimi qiymətləndirilir. Görüş zamanı Özgür Özəl və Kamal Kılıçdaroğlunun yerli seçkilər və aktual siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir.
Yerli seçkilərlə bağlı Kılıçdaroğlu daha əvvəl onu ziyarət edənlərə "Əməkdaşlıq olmalıdır. Bu mənzərə heç olmasa davam etməlidir. Millət İttifaqı pozulmamalıdır. Millət İttifaqı ölkə üçün böyük qazancdır" demişdi.