Növbəti sərhəd görüşünün vaxtı – İrəvandan açıqlama

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclası yanvar ayının sonunda baş tutacaq.
Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb.
“İlkin razılaşmalara əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirə ediləcək. Burada proses üzərində birgə iş zamanı istifadə olunacaq hüquqi əhəmiyyətli sənəd və aktların növləri, SSRİ dövrünün son topoqrafik xəritələri səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilməlidir”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyalarının sonuncu iclası noyabrın 30-da iki ölkə arasındakı şərti sərhəddə yerləşən İcevan-Qazax yaxınlığında baş tutub.