Rəsmi Bakıdan Mixalkoya: Bu iddia məsuliyyətsizdir!

Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir.
Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verərkən deyib.

XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır:

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir AB-nin bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.