Parlamentdə COP29-a dair müzakirələr keçiriləcək

COP28-in nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı müzakirələrin keçirilməsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün İş planına daxil edilib.
İş planına əsasən, COP29 çərçivəsində ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüş və müzakirələr keçirilməsi də nəzərdə tutulub.
COP29 çərçivəsində Bakı şəhərində atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmə də iş planına daxil edilib.