Prezident seçkilərində "exit-poll” keçirmək üçün sənədlərini MSK-ya təqdim edən təşkilatların sayı məlum olub

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.
Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosioloji Tədqiqatlar Mərkəzi MMC-dir.