Prezident seçkiləri ilə əlaqədar 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.