Toivo Klaar Ermənistana səfər edib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Ermənistana səfər edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, yanvarın 18-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik və sülhlə bağlı son hadisələr müzakirə olunub.

Toivo Klaar həmçinin Ermənistan Baş nazirnin müavini Mher Qriqoryanla da görüşüb. Tərəflər regional vəziyyət, eləcə də Ermənistanın “Sülhün kəsişməsi” layihəsi, demarkasiya prosesinin prinsipləri və hüquqi əsasları barədə fikir mübadiləsi aparıblar.