Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

“20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik”.