Politoloq: Ermənistanın gələcəyi Türkiyə və Azərbaycandan asılıdır

“Nikol Paşinyan tezliklə bəyan edəcək ki, Türkiyə Ermənistanı xarici təhdidlərdən müdafiə edir”.
 bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Respublika” partiyasının vitse-prezidenti Eduard Şarmazanov deyib.
O, Ermənistan cəmiyyətində vəziyyətin və hadisələrə münasibətin dəyişdiyini bildirib:
“Təsəvvür edirsinizmi, əgər Rusiya Federasiyasından hər hansı bir məmur Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsini təklif etsəydi, hakimiyət nümayəndələri, xalq necə hiddətlənərdi? İndi isə İlham Əliyev bu tələbi irəli sürüb. Bizdə isə hər kəs susub və buna uyğun davranır. Baş nazir Nikol Paşinyan deyir ki, proseslərə Türkiyə və Azərbaycanın maraqları çərçivəsindən də baxmaq lazımdır. Bizimkilər yenə susur. Hər hansı iranlı məmur da bu fikri səsləndirsə, reaksiya çox sərt olardı. Bütün hakimiyyət Bakı və Ankaranın maraqlarını müdafiə edir. İş o yerə çatacaq ki, Nikol Türkiyənin bizi xarici təhlükələrdən qoruyacağını bəyan edəcək. İnsanlar da arbuna sevinib alqışlayacaqlar”.


Mövzu ilə bağlı "Sherg.az"a danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Şarmozanov kimi şəxslərə görə ermənilər yüz ildi məğlub və ac vəziyyətdə yaşayırlar: 

"1915-ci ildə Şərqi Anadoluda ermənilər yoldan çıxarıldı. Daha sonra 1988-ci ildə ermənilər yenidən eyni hərəkəti etdilər. Əslində doğurdan da dərindən düşünsək görərik ki, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycandan asılıdır. Eyni zamanda Türkiyə Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Çünki türk torpaqlarında ermənilər əsirlərdir ki, rahat yaşayıblar. Amma onlar rus, ingilis və fransızların fitnəsinə uyaraq türklərə qarşı çıxdılar. Beləliklə türklərlə münasibətlərini korlamağa başladılar. 1915-ci ildən bu yana antitürk siyasəti ermənilərə heç nə qazandırmayıb. Erməni xalqı və siyasətçiləri müdrikləşsə, öz gələcəyini Türkiyə və Azərbaycan ilə qurmağa başlayar. Artıq bəzi gürcü siyasətçiləri türk dünyasının böyük güc olduğunu qəbul edirlər. Ermənilər də bu istiqamətdə fikirləşməlidir. Rus və fransızlardan kömək unmaqdansa, türklərdən dostluq qurmaq Ermənistanı xilas edəcək. Əksi olan təqdirdə isə Ermənistanı daha böyük faciələr gözləyə bilər".