Rusiya və Ermənistanın Ukrayna məsələsində mövqeyi bir-birinə ziddir
bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“İrəvanın mövqeyi Rusiyaya yaxşı məlumdur. Lakin Rusiya Ermənistanın bu mövqeyi ilə razılaşmır və haqlı olduğunu izah etməyə davam edəcək”, – Peskov bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə erməni icması ilə görüşdə İrəvanın Ukrayna məsələsində Rusiyanın müttəqifi olmadığını, tamamilə əks mövqe tutuduğunu qeyd edib.
Peskovun açıqlamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Münhen təhlükəsizlik konfransında Nikol Paşinyan növbəti dəfə yalan danışaraq publikanı aldatmağa çalışıb:
“Özünü Qərbpərəst kimi tanıdan Nikol Paşinyan Ukrayna məsələsində guya Rusiya ilə fərqli mövqedə olduğunu göstərmək istəyir. Ermənistanla Rusiya arasındakı iqtisadi və ticarət dövriyəsinin həcmində kəskin artımlar mövcuddur. Həmin artımlar isə sözün həqiqi mənasında İrəvanla Moskvanın müxtəlif məcralarda əməkdaşlıqlarının davam etdiyini göstərir. Eyni zamanda Ermənistan Rusiyanı qidalandırmağa davam edir. Bu gün ideoloji olaraq Ermənistan və Rusiya hakimiyyəti bir-birindən fərqli mövqedə dayanmış kimi görünsə də, reallıqda faktiki olaraq hər iki ölkənin ticarət dövriyəsi artır. Peskov da başa düşür ki, Ermənistan hakimiyyəti ikiüzlü və yalançıdır. Ona görə də Nikol Paşinyanın Münhendə başqa açıqlama verməyini gözləmək absurd olardı”.