Putindən Baydenin təhqirinə cavab: O, mənim haqlı olduğumu göstərdi

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsini qiymətləndirib. 

Sherg.az xəbər verir ki, Rusiyalı jurnalist Pavel Zarubinə danışan Putin bir müddət əvvəl verdiyi açıqlamada ABŞ prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğunu xatırladıb. Putin Baydenin təhqirini ABŞ prezidenti kimi Baydeni Donald Trampdan üstün tutduğunu ifadə etməsindən qaynaqlandığını iddia edib. Baydenin açıqlamasını istehzalı gülüşlə dəyərləndirən Putin, "Məndən ABŞ-ın növbəti prezidentinə üstünlük verdiyimizi soruşanda dedim ki, hər kəslə işləyə bilərik. Bununla belə, Baydenin bizim üçün, Rusiya üçün daha yaxşı olduğunu dedim. Onun söylədiklərinə baxsaq mən tamamilə haqlıyam. Çünki bu dediklərimə uyğun təpkidir" deyib.
 Baydendən təşəkkür gözləmədiyini ifadə edən Putin, "O, mənə "Afərin Volodya, köməyin üçün təşəkkür edirəm" deyə bilməz. Biz orada baş verənləri daxili siyasət baxımından anlayırıq"- deyib. Putin bir daha prezident kimi Baydenə üstünlük verdiyini vurğulayıb.