Putin xalqa müraciət edib: NATO ölkələrinə “nüvə müharibəsi” xəbərdarlığı

Dövlət televiziyasının yayımladığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin parlamentin hər iki palatasından olan rusiyalı deputatlara yönəlik xalqa illik müraciətini səsləndirməyə  başlayıb.

Sherg.az xəbər verir ki, Rusiyada prezident seçkilərinə təxminən iki həftə qalmış danışan Putin bildirib ki, rusiyalıların mütləq əksəriyyəti Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.


Heç kimin Rusiyanın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini ifadə edən Putin, “Qərb Rusiyanı daxildən zəiflətməyə çalışır” deyib.

Putin çıxışına belə davam edib: "Ordumuzun Ukraynada təşəbbüsü var, o, yeni bölgələri azad edir. Biz münaqişəyə son qoymaq və xüsusi hərbi əməliyyat tapşırıqlarını həll etmək üçün hər şeyi edəcəyik" .

Rusiyanın ABŞ ilə strateji sabitlik mövzusunda dialoqa hazır olduğunu bildirən Putin, "ABŞ Rusiyanı strateji cəhətdən məğlub etməyə də hazırdır. ABŞ-ın hərəkətləri faktiki olaraq Avropa təhlükəsizliyini darmadağın etdi" deyə bildirib.


Ukraynada NATO əsgərlərinin yerləşdirilməsi ilə bağlı müzakirələrə gəlincə, Rusiya lideri deyib: "Nəticələr işğalçılar üçün daha faciəli olacaq, bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Məgər onlar başa düşmürlər ki, nüvə münaqişəsi təhlükəsi var?".

Putin davam edir: "Güclü Rusiya olmadan möhkəm qlobal nizam mümkün deyil. Biz ərəb ölkələri və Latın Amerikası ilə əlaqələrin gücləndirilməsinin vacib olduğunu düşünürük".