Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Antalya Böyükşəhər Bələdiyyə Başçısı və CHP-nin Böyükşəhər Bələdiyyə Başçı Namizədi Muhittin Böcəki bələdiyyə binasında ziyarət edib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki,Böcəkin ofisində keçirilən görüşdə Davudoğlunu Antalya millət vəkili Serap Özbudun və Konya millət vəkili Hasan Ekici müşayiət ediblər. Görüşdən sonra Böcək və Davudoğlu jurnalistlərə açıqlama verib.
Davudoğluna səfər üçün təşəkkür edən Böcək, "Seçki prosesində Davudoğlunun Antalyada olması bizim və Antalyadan olan həmvətənlərimiz üçün çox əhəmiyyətli idi" deyib.
Qonaqpərvərliyinə görə Böcekə təşəkkür edən Davudoğlu, “Antalya bizim üçün çox önəmlidir. Biz hər guşəni, hər rayonu tanıyırıq. Bütün Antalyalıları öz həmvətənimiz kimi görürük. Böyükşəhər bələdiyyə başqanımızın Antalyaya göstərdiyi xidmətləri yaxından izlədim. Bu gün Antalyalı həmyerlilərimizi düşündürən kənd təsərrüfatı layihələri, sosial yardımlar, yaşlılara, əlillərə və antalyalılara göstərdiyi xidmətlər, həmçinin gələcək layihələr haqqında ətraflı məlumat almaq məni çox sevindirdi. Yerli idarəetmə orqanlarında işləyənlərin ən mühüm məsuliyyəti vətəndaşlara xidmətlər göstərməkdir. İndiyə qədər uğurlu fəaliyyətini yüksək qiymətləndirdiyimiz cənab Muhittin Böcekə işini eyni müvəffəqiyyətlə davam etdirmək üçün hər cür dəstəyi göstərəcəyik. İnşallah, antalyalılarımız düzgün qərar verəcəklər söyləyib.