Kreml: Putindən qorxmaq lazım deyil, ona hörmət etmək lazımdır

Kreml Litvada rusiyalı müxalifət lideri Aleksey Navalninin müavini Leonid Volkova çəkiclə hücumu şərh etməkdən imtina edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Volkov dünən Vilnüsdəki evinin yaxınlığında hücuma məruz qalıb.

Litva prezidenti Gitanas Nauseda hücumun "açıq şəkildə əvvəlcədən planlaşdırıldığını" deyib və ölkəsində heç kimin Rusiya prezidenti Vladimir Putindən qorxmadığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bu açıqlama ilə bağlı suala "Putindən qorxmaq lazım deyil, ona hörmət edilməli və dinlənilməlidir" deyə cavab verib.

Digər tərəfdən, Putin dünənki bəyanatında Qərbə bildirib ki, Rusiya texniki cəhətdən “nüvə müharibəsinə hazırdır” və ABŞ Ukraynaya qoşun yeridərsə, bu, münaqişənin əhəmiyyətli dərəcədə gərginləşməsi demək olacaq.

Putinin bəyanatı ilə bağlı Peskov bunları qeyd edib:

“Putinin sadəcə jurnalistin suallarını cavablandırdığını” şərh edib və “Rusiyanın nəzəri olaraq nüvə silahından istifadə etməli olacağı artıq məlum şərtləri bir daha bəyan edib”.

Peskov bəyan edib ki, Putin heç vaxt taktiki nüvə silahından istifadə etməyi düşünməyib və bununla bağlı heç bir təhdid də etməyib.