“Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə nümayəndəliyi İstanbul Valiliyini ziyarət ediblər.
“Sherg.az” xəbər verir ki, ““Karabağ Azerbaycandır!” Koordine Etme Derneği”nin rəhbəri Dr.Elvin Abdurahmanlı və onun müavini Dr.Caner Karakuş və İstanbul şəhər qubernatorluğunun qubernator köməkçiləri - Dr.Hasan Hüseyn Can, Nail Anlar arasında İstanbul Quberniyasındakı dövlət binasında görüş keçirilib.
Dr.Elvin Abdurahmanlı onları rəsmi şəkildə qarşılaşdıqları və qəbul etdiklərinə görə Dr.H.H.Can və N.Anlara təşəkkürünü bildirib. Dərnək rəhbəri Türkiyə-Azərbaycan əlaqələrinin türk dünyası üçün əhəmiyyətini vurğulayıb və buna Şuşa Bəyannaməsinin ən bariz nümunə olduğunu qeyd edib. Azərbaycan ilə Türkiyə arasındakı strateji münasibətlərin vacibliyini diqqətə çatdırıb. Əsas məqsəd Böyük İpək yolu fonunda Zəngəzur dəhlizi çərçivəsində ölkələrimizin qarşılıqlı fəaliyyətinin artırılmasıdır. Çıxış zamanı “Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyədəki fəaliyyəti, baxışı və missiyası ifadə edilib. Həmçinin qurumun gələcək planları ilə bağlı məsləhətləşmə aparılıb. Qubernator köməkçisi Dr.H.H.Can Azərbaycanın Türkiyə xalqı üçün xüsusi önəm daşıdığını bildirib. Eyni zamanda o əlavə edib ki, ölkələr arasında rəsmi əlaqələrin diplomatik cəhətdən qardaşlıq səviyyəsinə yüksəlməsi dünyada bir ilkdir. Qubernator köməkçisi N.Anlar çıxışında Azərbaycan diasporunun aktiv fəaliyyətinin təqdirəlayiq olduğunu söyləyib. KİAMP-Karabakh is Azerbaijan Milli Platforması və ““Karabağ Azerbaycandır” Koordine Etme Derneği”nə uğurlar arzulayıb. Sonda isə xatirə fotosu çəkilib.