"Azərbaycanın Şimal qonşusu Rusiyanın Ukrayna cəbhəsində müharibəsi, Cənubdan İranın İsrail və digər qüvvələrlə qarşıdurması bölgəyə yaxın güclərin ciddi hərbi-siyasi konfliktlərə cəlb olunmasına səbəb olur. Bunun qarşılığında Azərbaycan "təhlükəsizlik adası" olaraq ictimai-siyasi sabitliyin, dövlət birliyinin yüksək dəyərlərə malik olduğu ölkəyə çevrilib. Dünyada baş verən qarışıqlıqlar, müharibə ocaqlarının böyüməsi bizdən dövlət, xalq birliyinin vacibliyə olan inamını gücləndirməyi tələb edir. Hesab edirəm ki, cəmiyyətimiz gedən təhlükəli oyunları, tendensiyanı başa düşür. Xüsusilə, 5 aprel görüşündə Qərbin Ermənistanı dəstəkləməsi və Brüsseldən İrəvan vasitəsilə Cənubi Qafqazda yeni oyuna başlama cəhdlərinə qarşı Türkiyə, Rusiya, Azərbaycanın kəskin etirazı və İranın isə səssizliyi regiondakı geosiyasətin mürəkkəb və çətin olduğunu söyləməyə əsas verir. Belə gərgin anlarda dövlət-xalq vəhdətinin labüdlüyü ortaya çıxır".
Qərbin Cənubi Qafqazda təhlükəli oyunu: III Dünya müharibəsi riski! - ŞƏRH
13:46 14.04.2024
Siyasət
741
Yeni dünya düzəni uğrunda dünya ölkələri arasında gərginlik hökm sürür. Faktiki olaraq üçüncü dünya müharibəsinin başlandığına dair siqnallar verilir. Hadisələr Azərbaycanın Şimal va Cənub qonşularının iştirakı ilə baş verir. Dünyanın bölünməsi və yeni xətlərin cızılması prosesi davam edir. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı görünür. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir.
Qeyd edək ki, aprelin 5-də Ermənistanda baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Azərbaycan və Rusiya görüşlə bağlı rəsmi mövqeyini açıqlayaraq bunu pislədi. Bir sözlə, Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır.
Geosiyasi gərginlik fonunda İran tərəfi proses barədə səssizliyini qoruyur.
Maraqlıdır, belə bir şəraitdə İranın susqunluğu nəyə işarətdir? Məsələni dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, faktiki olaraq hər sahədə 3-cü Dünya müharibəsinin ehtimallarını və risklərini müşahidə edirik:
"Azərbaycanın Şimal qonşusu Rusiyanın Ukrayna cəbhəsində müharibəsi, Cənubdan İranın İsrail və digər qüvvələrlə qarşıdurması bölgəyə yaxın güclərin ciddi hərbi-siyasi konfliktlərə cəlb olunmasına səbəb olur. Bunun qarşılığında Azərbaycan "təhlükəsizlik adası" olaraq ictimai-siyasi sabitliyin, dövlət birliyinin yüksək dəyərlərə malik olduğu ölkəyə çevrilib. Dünyada baş verən qarışıqlıqlar, müharibə ocaqlarının böyüməsi bizdən dövlət, xalq birliyinin vacibliyə olan inamını gücləndirməyi tələb edir. Hesab edirəm ki, cəmiyyətimiz gedən təhlükəli oyunları, tendensiyanı başa düşür. Xüsusilə, 5 aprel görüşündə Qərbin Ermənistanı dəstəkləməsi və Brüsseldən İrəvan vasitəsilə Cənubi Qafqazda yeni oyuna başlama cəhdlərinə qarşı Türkiyə, Rusiya, Azərbaycanın kəskin etirazı və İranın isə səssizliyi regiondakı geosiyasətin mürəkkəb və çətin olduğunu söyləməyə əsas verir. Belə gərgin anlarda dövlət-xalq vəhdətinin labüdlüyü ortaya çıxır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur