Bayramov Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN başçısı Hakan Fidanla görüşüb.

"Sherg.az" xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, görüş Banjulda, İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.