Tbilisidə  Rusiya və “Gürcü arzusu”nun bayraqlarını yandırıblar

Parlament önündə “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən aksiya iştirakçıları Rusiya və “Gürcü arzusu”nun bayraqlarını yandırıblar.

24News.ge xəbər verir ki, mitinq iştirakçıları dairə şəklində dayanaraq, Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıb, dairənin içərisində isə Rusiya və “Gürcü arzusu”nun bayraqlarını yandırıblar.

Etirazçılar bu addımın Bidzina İvanişviliyə bir mesaj olduğunu bildiriblər.

Mitinq iştirakçıları etirazlarını dayandırmayacaqlarını bildirirlər. Onlar “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” "Yaşasın Gürcüstan" yazılmış plakatlar tutublar.