Latviya parlamentinin sədri Füzuliyə səfər edib

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.

Bu barədə  Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.

Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.