Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasının təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, İran mətbuatı qəzaya çətin hava şəraitinin (xüsusən dumanın) səbəb olduğunu yazıb.

Bundan başqa, çətin ərazi şərtləri səbəbindən helikopter radarlardan itib.

Məlumata görə, prezidentin olduğu helikopterin ekipajı peyk telefonu ilə əlaqəyə çıxa bilib və bu da qəzanın qurbansız ötüşdüyünə inamı artırır.

***

İranın daxili işlər naziri Əhməd Vahidi xilasetmə qruplarının dərhal prezidentin helikopterinin qəzaya uğradığı əraziyə göndərildiyini bildirib:

“Biz peyk telefonları vasitəsilə prezidentlə əlaqə saxladıq, lakin ərazi çətin olduğundan müəyyən qədər ünsiyyət çətinləşir və xilasetmə qruplarının qəza və helikopterin eniş yerinə çatmasını və bizə məlumat verməsini gözləyirik”.