KİV: Azərbaycan-Ermənistan sərhədinin Kirants kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir

Azərbaycan-Ermənistan sərhədinin Kirants (Xeyrimli) kəndi hissəsində sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bu barədə erməni Telegram kanalları məlumat yayıb.

Həmin hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb.

Bu prosesi rahat şəkildə həyata keçirmək üçün Kirantsa girişin müvəqqəti olaraq bağlandığı bildirilir.