ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək

ABŞ Gürcüstanda “xarici təsir” haqqında qanunun müəlliflərinə sanksiyalar tətbiq edəcək.
APA-nın “Politico”ya istinadən xəbərinə görə, sənəddə adı çəkilən ölkənin bir sıra rəsmi şəxslərinin adları yer alacaq.

Oradakı xüsusi bənddə haqqında bəhs olunan dövlət məmurlarının demokratik dəyərlər, insan haqları və Gürcüstanın təhlükəsizliyinə zərbə vurduğu göstəriləcək.