Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Qəhrəmanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.

Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirən Ərdoğan buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Qəhrəmanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib.