Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar qaydada-2020-ci ilin fevralında keçirilib. İndi isə parlament seçkilərinin nə vaxt keçirilməsi ətrafında sual dolaşır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Sherg.az”a bildirib ki, növbəti parlament seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı məsələ uzun müddətdir gündəmdədir:
“Qanunvericiliyə müvafiq olaraq növbəti parlamemt seçkiləri noyabr ayına düşürdü. Amma COP29 tədbiri və bələdiyyə seçkiləri ilə təxminən eyni vaxta düşdüyünə parlament seçkilərinin ərtələnməsi gözlənilir. Bununla bağlı müxtəlif açıqlamalar da var. Ehtimal olunur ki, sentyabt və oktyabr aylarında növbədənkənar parlament seçkiləri keçirilsin. Artıq Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu ilin fevral ayından seçkilərlə bağlı işlərə start vermişik. Partiya olaraq Prezident seçkiləri yekunlaşan kimi müəyyən təşkilatlara tapşırıqlarımızı bildirdik. Seçkilərlə bağlı hazırlıq tədbirləri hələ də davam edir”.