
"Eagle Partner 2024" təlimləri: Rusiya və İrana mesaj
04:24 12.07.2024
Siyasət
454
Bakı-Vaşinqton arasında gərginlik müşahidə olunmur
ABŞ iyulun 15-24-də Ermənistanla növbəti birgə "Eagle Partner 2024" təliminə hazırlaşır. Rusiyalı hərbi analitik Vladimir Yevseyevin sözlərinə görə, bu xəbər böyük ehtimalla Moskvada heç kimi təəccübləndirməyib, xüsusən də bu cür hərbi təlimlərin Ermənistan-ABŞ formatında keçirilməsi ilk dəfə deyil. O qeyd edib ki, bu, hərbi qulluqçulara çox spesifik bacarıqlar verən o qədər də ciddi təlimlər deyil. Ekspert hesab edir ki, Qərb modelləri, xüsusən də ABŞ modelləri ilə tanışlıq oxşar hərbi təlimlər vasitəsilə baş verir. Yevseyev bildirib ki, bunların böyük geosiyasi mənası və məzmunu var: “ABŞ təbii ki, Ermənistanın bu regionda onun tərəfdaşı olduğunu göstərməyə çalışır. Ermənistanla bağlı məsələdə təbii olaraq maraqlısı odur ki, KTMT üzvü olan ölkə ABŞ ilə hərbi təlimlər keçirir, ABŞ isə Ukrayna müharibəsində əsas KTMT üzvü olan Rusiyaya rəqibdir”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov bildirib ki, ABŞ Ermənistan hökumətinə və cəmiyyətinə mesaj verir ki, Ağ Ev yanınızdadır. Həmçinin Moskvaya mesaj verir ki, regionda Rusiyanı əvəzləyəcək:

"Yəni ABŞ-Ermənistan hərbi təlimləri Bakını yox, Moskva və Tehranı narahat edir. Buna görə də hər iki ölkədən bununla bağlı narazılıqlar gündəmə gətirilir. Azərbaycan-Ermənistan arasında sülh müzakirələri davam etdirilir. Müəyyən məsələlərdə irəliləyiş var, sərhədlərin delimitasiya və demarkasiya prosesi dayanmayıb. Azərbaycanı təlimlə bağlı narahat edəcək məqamlar yoxdur. Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-yə səfəri və NATO sammitində iştirakı da göstərir ki, Bakı-Vaşinqton əlaqələrində gərginlik azalıb. Məncə, "Eagle Partner 2024" təlimləri birbaşa qonşu Rusiya və İrana mesajdır. ABŞ bu mesajı verməklə demək istəyir ki, Vaşinqton olmadan bölgədə Ermənistanla dil tapmaq imkansızdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual