"Parlament seçkilərini xaricdə yaşayan azərbaycanlıların demək olar ki, hamısı diqqətlə izləyirlər".
"Sherg.az"ın xəbərinə görə, bunu Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev bildirib.
Diaspor nümayəndəsinin sözlərinə görə, həm yeni namizədlər öz platformalarını elan ediblər, həm də ilk dəfədir ki, parlament seçkisi bütün ölkə boyu keçirilir:
"Seçkilərə QHT sektorundan, müxtəlif partiyalardan çoxlu namizədlər qatılıb. Müxtəlif sosial kateqoriyadan və sahələrdən insanlarımızınm deputat kimi gələcək parlamentdə yer alması dövlətimizin inkişafı üçün mühüm meyardır. Ölkə qanunlarımız azad rəqabət, şəffaf seçkinin keçirilməsi üçün mükəmməl imkanlar yaradır. Seçicilərin aktivliyi də burada mühüm faktordur".