
Ankaranın BRIKS yolu açıqdır
23:22 04.09.2024
Siyasət
500
Türkiyənin NATO üzvü olması bu prosesə əngəl ola bilməz
Türkiyə BRIKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvlükdə maraqlıdır. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib:
"Bununla belə, hələ ki konkret nəticə yoxdur". Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, BRIKS ölkələri Türkiyənin assosiasiyada tam iştirakla bağlı müraciətinə baxacaqlar: "Türkiyə tam üzvlük üçün müraciət edib. Biz nəzərdən keçirəcəyik". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın Kazan şəhərində keçiriləcək BRIKS sammitində iştirak dəvətini qəbul edib. Uşakovun sözlərinə görə, təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan onu qəbul edib. Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Qərb də Ankaranın təklifinə münasibət bildirib. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib ki, Türkiyə BRIKS-ə üzv olmaq üçün müraciət etsə də, AB üzvlüyünə namizəd olaraq qalır: "Türkiyə də hər bir ölkə kimi onun üçün nəyin daha yaxşı olduğuna qərar verə, ittifaqlar, əməkdaşlıq qura bilər. Bizim Türkiyə ilə ortaq gömrük ittifaqımız, Türkiyə üçün yaxşı və çox sərfəli ticarət əlaqələrimiz var".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Türkiyə həm NATO ölkəsidir, həm Avropa İttifaqına namizəddir. Ancaq Türkiyəni qəbul etmirlər, etmələri də yaxın gələcəkdə real görünmür. Ekspertin sözlərinə görə, Türkiyə mallarına həm Rusiyada, həm BRIKS-in üzvü olan digər ölkələrdə böyük tələbat var:

"Həm kənd təsərrüfat mallarına, həm geyim mallarına böyük tələbat var. Bu səbəbdən Türkiyənin BRIKS-ə üzv olmasına Rusiya da dəstək olacaq. Çünki hələ də davam edən Rusiya-Ukrayna müharibəsində Türkiyə müəyyən mənada dəstək oldu. Rusiya Prezidenti V.Putin də daim Rəcəb Tayyib Ərdoğanın düz, ləyaqətli bir prezident olduğunu dəfələrlə dilə gətirib və belə adamla işləməyi özünə şərəf hesab etdiyini bildirib".
Analitikin qənaətincə, Türkiyənin NATO üzvü olması bu prosesə əngəl ola bilməz: "NATO-nun belə bir şərti yoxdur ki, hər hansı bir dövlət quruluşu bu təşkilata və ya birliyə qoşula bilməz. BRIKS potensial iqtisadi imkanlar baxımından tədricən avro-atlantik məkanı üstələyən alternativ təşkilata çevrilir. Bu baxımdan yeni qurum yeni iqtisadi əlaqələr, ticari tərəfdaşlıqlar, dəhlizlər və logistika deməkdir. Buna görə də Türkiyə təşkilata üzv olmaqla yalnız özünün "müttəfiqlərinin" sərhədlərində deyil, bütün dünyaya açılmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm