Prezidentin Çernobbiodakı bəyanatları dünya mediasında
17:03 06.09.2024
Siyasət
518
Aparıcı xarici KİV-lər Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışını geniş işıqlandırıb.
“Report” xəbər verir ki, “Reuters” beynəlxalq informasiya agentliyinin “Azərbaycan prezidenti Ukrayna ilə qaz marşrutu üzrə danışıqlara arxayındır” adlı məqaləsində dövlət başçısının Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti məsələsində Bakının vasitəçiliyi ilə bağlı bəyanatlarından bəhs olunur.
“Bloomberg”in “Azərbaycan daha üç Avropa ölkəsinə qaz təchizatı ilə bağlı danışıqlar aparır” adlı məqaləsində qeyd olunur ki, Azərbaycan artıq səkkiz Avropa ölkəsini qazla təmin edir və Avropa İttifaqı ilə 2027-ci ilə qədər ixracı iki dəfə artırmaq barədə razılaşmaya malikdir.
“İlham Əliyev təsdiqlədi ki, Moskva və Kiyev ona dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Çıxış yollarından biri Rusiya təchizatını başqa ölkədən, məsələn, Azərbaycandan və ya Türkiyədən qaz alışı ilə əvəz etmək ola bilər. Bu, Ukraynaya tranzit haqqı almağa, Avropaya isə qaz almağa davam etməyə imkan verərdi”, - məqalədə deyilir.
Azərbaycan liderinin Avropanın enerji təhlükəsizliyi və Rusiya qazının tranziti ilə bağlı bəyanatları həmçinin “Financial Post”, “The Straits Times”, “U.S. News”, “World Energy News” agentliklərində geniş işıqlandırılıb.
“Moskovskiy komsomolets” qəzeti isə öz növbəsində Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və Bakının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi ilə əlaqədar səsləndirdiyi bəyanatlara məqalə həsr edib.
“Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Amma Azərbaycan anti-Rusiya sanksiyaları kampaniyasının bir hissəsi olmayıb və olmayacaq da”, - nəşr Prezident İlham Əliyevdən sitat gətirib.
Rusiyanın TASS informasiya agentliyi “Əliyev Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib” məqaləsində qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirakının mümkünlüyünü istisna etməyib.
Azərbaycan Prezidentinin Rusiya və Ukrayna ilə bağlı bəyanatları həmçinin Rusiyanın “Komsomolskaya pravda”, “İnterfaks”, “Vedomosti”, “İzvestiya” və s. media orqanlarında da geniş işıqlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya