Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarını buraxıb

Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının - Qeyd) buraxılması və yeni seçkilərin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Report”un məlumatına görə, müvafiq sərəncam Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin saytında yerləşdirilib.
Sənədə əsasən, Qırğızıstanın bütün regionlarında yerli şuralara yeni deputatların seçkiləri 2024-cü il noyabrın 17-də keçiriləcək.
Qeyd olunub ki, Qırğızıstanın Batken və Leylek rayonlarının, Batken şəhərlərinin və Batken vilayətinin Sulukta şəhərlərinin yerli şuralarının deputatlarının seçkiləri inzibati-ərazi islahatı çərçivəsində dəyişikliklərin qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla həyata keçiriləcək.
Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.