Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib

Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin yeni rəhbəri müəyyənləşib.

APA-nın xəbərinə görə, Səməd Seyidov Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin yeni rəhbəri olub.

Bundan öncə Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Cavanir Feyziyev idi.