Bahar Dadaşova Bakı Kristal Zalın yeni direktoru olub

Bahar Dadaşova Gənclər və İdman Nazirliyinin tabeliyindəki Bakı Kristal Zalı MMC-yə direktor təyin edilib.

Sherg.az Report-a istinadən xəbər verir ki, o, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

Qeyd edək ki, “Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.