Türkiyədə müxalifət partiyasında KÜTLƏVİ İSTEFA

Türkiyədə müxalif Yenidən Rifah Partiyasında kütləvi istefalar olub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Ladik rayon bələdiyyə sədri Adnan Topal, köməkçisi Fikrət Baştan və məclis üzvü Əli Ömür vəzifələrindən verdiklərini bildiriblər.

A.Topal bələdiyyə başçılığına müstəqil olaraq davam edəcəyini açıqlayıb.

O bu qərarın xalqın dəstəyi ilə olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən ayın əvvəlində Yenidən Rifah Partiyasının sabiq üzvünə silahlı hücum nəticəsində onun sürücüsü öldürülmüşdü.