Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.
APA-nın “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.