Almaniya Kansleri Olaf Şolts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
Liderlər Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
"İndi əsas məsələ Suriyanın etnik tərkibindən və dinindən asılı olmayaraq bütün suriyalılar üçün təhlükəsiz bir evə çevrilməsini təmin etməkdir. Bu həm də ərazi bütövlüyünü və suverenliyini qorumaq deməkdir. Bu məqsədlərə nail olmaq üçün bu sahədə tərəfdaşlarla birgə işləmək lazımdır”, - telefon danışığında qeyd edilib.